12 iyul 2023 at 16:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85168081
T T
0 Persons

Tags

Ali Məqamlı Rəhbər: Qərbin zəifliyi bugün həmişəkindən daha artıqdır

Tehran – İRNA - İslam İnqilabının Böyük Rəhbəri deyib: "Bugün iki cəbhənin qarşıdurmasıdır."

İslam İnqilabının Böyük Rəhbəri əlavə edib: Bu iki cəbhəni tanımalıyıq, sonra ayırd etməliyik ki, qarşımızda dayanan fenomen müstəqildir, ya əks cəbhədən asılıdır. Bu iki cəbhə hansıdır? Onlardan biri İslam nizamının cəbhəsidir. Digər cəbhə isə yalançı cəbhədir və özünü liberal demokratiya adlandırır. Halbuki nə liberaldır, nə də demokrat. Əgər liberalsınızsa, niyə müstəmləkəçiliklə məğulsunuz? Köhnə ənənəvi müstəmləkəçilik, yeni müstəmləkəçilik, lap yeni müstəmləkəçilik. Siz necə liberalsınız, necə azadlıqsevərsiniz? Necə azad düşüncəlisiniz ki, Hindistan kimi çoxmilyonlu bir xalqı uzun illər, yüz ildən çox istismar edirsiniz, öz işğalınızda saxlayırsınız, bütün var-dövlətini oradan çıxarırsınız və onu kasıb millətə çevirirsiniz? Siz liberalsınız, bu liberalizmdir? Yaxud fransızlar yüz ildən artıq Əlcəzairdə cinayətlər törətdilər, insan öldürdülər. Bəlkə də bir neçə il ərzində on minlərlə insan öldürüldü. Onlar demokrat deyillər, yalan danışırlar. Bəzi yerlərdə hökumətlər tətbiq etmək məqsədilə. Onlar demokratiyanın tərəfdarı deyillər. Tam şəkildə onlara xidmət etməyən demokratiyaya qarşıdırlar.”

Ali Məqamlı Rəhbər əlavə edib: “ Əlcəzairdə və Hindistanda o işləri görən adamların xisləti, o günkü xislətdir. Onlar bu gün də Ukraynanın çarəsiz və yazıq xalqı kimi bir xalqı qurban verməyə hazırdırlar. Amerikanın silah şirkətlərinin ciblərini doldurmaq üçün. O döyüşməlidir, o ölməlidir ki, silah satılsın, silah şirkətlərinin ciblərini dolsun. Amerika kimi bir hökumət Suriya neftini hamının gözü qarşısında asanlıqla oğurlayır. Bunlar həmin onlardır, dəyişməyiblər. Bu bir cəbhədir. Bunun qarşısında İslama arxalanan, İslamdan ilham alan, imperializmə, müstəmləkəçiliyə, müxtəlif millətlərin mənafeyinə müdaxiləyə qarşı olan bir nizam var. İndi bu ikisi üz-üzədir.”

İslam İnqilabının Böyük Rəhbəri daha sonra deyib: “Mübarizə sivil və qlobal mübarizədir. Kimlə qarşılaşdığımızı bilməliyik. Təbii ki, bugün xoşbəxtlikdən, Qərbin zəifliyi həmişəkindən daha çoxdur.”

İslam nizamının qurulması ilə İslamla düşmənçilik daha da gücləndi - Post-internet və süni intellekt dövründə təbliğ ikiqat əhəmiyyət kəsb edir

İslam İnqilabının Böyük Rəhbəri bir saat əvvəl təbliğçilər və elmi hövzələrin tələbələri ilə görüşündə: “Hövzələrin prioriteti təbliğdir. Bütün dövrlərdə belə olub, amma xüsusilə bizim dövrümüzdə bu ikiqat əhəmiyyət daşıyır. Çünki bizim dövrümüzdə İslamın başlanğıcından min ildən artıq bir müddətdə baş verməmiş bir hadisə baş verdi və bu,  İslam hakimiyyəti idi.”

Ali Məqamlı Rəhbər vurğulayıb: “Ölkə idarəçiliyinin siyasi təşkilatının islami məzmun şəklində formalaşması. Bu, görünməmiş haldır. Belə bir vəziyyət yarandıqda təbii olaraq İslamla düşmənçilik artır.

Beləliklə, bizim dövrümüzdə təbliğ daha çox əhəmiyyət kəsb edir. Həm də buna görə ki, İslam quruluşunda nizamın təməli xalq və xalqın imanıdır. Xalqın imanı olmasa, nizam də olmaz.

İkincisi, ona görə ki, dövr elmi inkişaf dövrüdür. Bu gün mesajı yaymağın keçmişdə ağıla belə gəlməyən müxtəlif yolları var. Televiziya və peykdən tutmuş internetə və post-internetə kimi. Bunlar baş verən yeni vasitələrdir, süni intellekt və s.

Yaxşı, belə bir vəziyyətlə, düşmənin qana bulaşmış iti və yalın qılıncları olan belə bir vəziyyətlə, biz nə etməliyik? Burada təbliğ ikiqat önəm kəsb edir.”

Düşmənin təbliğatının pərdəarxasını tanıyın – Təbliğdə əks cəbhənin intellektual təməllərinə hücum edin

İslam İnqilabının Böyük Rəhbəri bir saat əvvəl təbliğçilər və elmi hövzələrin tələbələri ilə görüşündə: “Təbliğ təkcə şübhələrə cavab və müdafiə mövqeyi deyil.”

Ali Məqamlı Rəhbər əlavə edib: “Bu iş lazımdır, ancaq hamısı bundan ibarət deyil. Qarşı tərəfin intellektual bazaları var, ona hücum etmək lazımdır. Təbliğdə hücum mövqeyi lazımdır.

Bunun üçün səhnəni tanımaq tələb olunur. Yəni gənclərin beynində çoxlu şübhələrlə qarşılaşdığınız zaman kiminlə tərəf olduğunuzu bilməlisiniz. Qarşınızdakının kim olduğunu tanımalısınız. Fərz edin ki, hansısa redaktor, ya bir qəzetin hansısa köşə yazarı, ya bir şəbəkədə hansısa tvitçi bir məsələyə toxunub. Bizim tərəf müqabilimiz kimdir? Bu kimdir? Bunu edən onun özüdürmü? Güclü ehtimal vardır ki, belə olmasın və bunun səhnə arxası olsun.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .